Bank Of Baku

Arxeologiya Fondu üçün bina ayrılıb

Arxeologiya Fondu üçün bina ayrılıb
# 21 dekabr 2011 10:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda Arxeologiya Fondu üçün bina ayrılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib. Onun sözlərinə görə, Fond üçün ayrılan binada əvvəllər Ali Attestasiya Komissiyası yerləşib: “Hazırda bina təmir olunur. İki-üç aya fond fəaliyyətə başlayacaq. Binada Arxeologiya Fondu ilə yanaşı, institutun arxivi də yerləşəcək”.

M. Rəhimova bildirib ki, Fondda daş dövründən başlamış orta əsrlərə qədər arxeoloji qazıntılar zamanı tapılmış 5000-dən çox eksponat yerləşdiriləcək. Bununla yanaşı, fonddakı eksponatlarla bağlı elektron məlumat bazası da yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR