Bank Of Baku

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ölkədə arxeoloji turizmi inkişaf etdirməyi təklif edib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ölkədə arxeoloji turizmi inkişaf etdirməyi təklif edib
# 21 dekabr 2011 11:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ölkədə arxeoloji turizmi inkişaf etdirməyi təklif edib. Bu barədə APA-ya institutun direktoru Maisə Rəhimova bildirib. Onun sözlərinə görə, artıq bu məqsədlə rəhbərlik etdiyi qurum Mədəniyyət və Turizm Nazirliyinə layihə ilə müraciət edib. Müraciətdə ilkin olaraq Qəbələ və Şəmkir rayonlarında arxeoloji turizmi inkişaf etdirmək təklif olunub.

M. Rəhimova bildirib ki, hazırda instututda Almaniya, Fransa, Yaponiya, Koreya ilə birgə 6 beynəlxalq ekspedisiya çalışır: ”Azərbaycanın arxeoloji abidələrinə xarici ölkələrin marağı böyükdür. Arxeoloji turizm Azərbaycanın tarixini və arxeologiyasını dünyaya daha da yaxından tanıtmaqda böyük rol oynaya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR