Bank Of Baku

Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirilib

Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirilib
# 21 dekabr 2011 11:58 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirib. APA-nın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, dekabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının I ongünlüyünə nisbətən 8 kubmetr/saniyə azalaraq 142 kubmetr/saniyə təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində mis birləşmələri və fenollar 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Araz çayı üzrə Horadiz məntəqəsində fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində mis birləşmələri və fenollar 3, Bəhrəmtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR