Bank Of Baku

Azərbaycanda doktorantların və gənc tədqiqatçıların XVI respublika elmi konfransı keçirilir

Azərbaycanda doktorantların və gənc tədqiqatçıların XVI respublika elmi konfransı keçirilir
# 21 dekabr 2011 14:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Müəllimlər İnstitutunda doktorantların və gənc tədqiqatçıların XVI respublika elmi konfransının açılışı keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, konfransın keçirilməsində məqsəd doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq və onların yaradıcılıq potensialını inkişaf etdirməkdir. Nazir dünyanın nüfuzlu ali məktəblərində oxuyan həmvətənlərimizin Azərbaycanı layiqincə təmsil etdiklərini deyib. O qeyd edib ki, hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 10 min nəfəri keçib, Azərbaycanda oxuyan əcnəbilərin sayı isə 7 min civarındadır.

M. Mərdanov Azərbaycanda nəşr olunan 400-ə yaxın elmi jurnal və məcmuənin Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edildiyini söyləyib. Onun sözlərinə görə, onlardan 37-si Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin nəşrləridir.

İki gün davam edəcək elmi konfransın sonunda elmi işindəki aktuallığı, yeniliyi və mövzunun məzmununu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən məruzəçilərə Təhsil Nazirliyinin sertifikatları veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR