Bank Of Baku

DSMF qeyri-büdcə sektoru üzrə proqnozu 1,3% artıq icra edib

DSMF qeyri-büdcə sektoru üzrə proqnozu 1,3% artıq icra edib
# 22 dekabr 2011 09:40 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri, ilkin məlumatlara əsasən, 1 913,7 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 365,2 mln. manat və ya 23,6% çoxdur.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən xəbərə görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 10,8% 1 074,1 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,4%-i qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,2% artıb, proqnoz isə 101,3% icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 13,5%, torpaq mülkiyyətçiləri üzrə isə 12,6% artıb.

Bu ilin yanvar-noyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 435,6 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9% artıb.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 6,1 mln. manat təşkil edib.

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 1 861,8 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 773,7 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,3% çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 22,6% artaraq 1 773,7 mln. manat təşkil edib. Bu ilin ilk 11 ayında əhaliyə 48 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 32,3%-i hamiləliyə və doğuma görə, 27,2%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,7%-i dəfn üçün, 22,8%-i digər müavinətlərin payına düşür.

DSMF-nin digər xərcləri 40,1 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisindən 16,8% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR