Bank Of Baku

Azərbaycanın hakimliyə namizədlərin seçim prosesinin təşkili sahəsində təcrübəsi digər ölkələr üçün müsbət nümunə kimi qəbul olunub

Azərbaycanın hakimliyə namizədlərin seçim prosesinin təşkili sahəsində təcrübəsi digər ölkələr üçün müsbət nümunə kimi qəbul olunub
# 22 dekabr 2011 11:06 (UTC +04:00)
Bakı-APA. Avropa Şurasının orqanı olan Effektiv Ədalət Məhkəməsi üzrə Avropa Komissiyası (SEREJ) Azərbaycanda hakimliyə namizədlərin seçilməsi sistemini dəyərləndirən hesabat hazırlayıb. APA-nın məlumatına görə, hesabatın hazırlanması üçün tanınmış ekspertlərdən ibarət işçi qrup yaradılıb. Azərbaycana səfər edən ekspertlər hakimliyə namizədlər üçün imtahanların gedişini birbaşa müşahidə edib, yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüblər. Ekspertlər imtahanların yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə vahid auditoriyada keçirilməsini, nəticələrin elə auditoriyada elan olunmasını, imtahan prosesinin onlayn rejimində internetdə yayımlanmasını yüksək qiymətləndiriblər.

Hesabatda qeyd olunur ki, hakimliyə namizədlərin seçimi prosesi bu sahədə müasir beynəlxalq standartlara uyğundur. Sənəddə bu prosesin şəffaf və obyektiv keçirilməsi xüsusi vurğulanır.

Qeyd edək ki, dekabrın 7-8-də 47 üzv ölkənin təmsilçilərinin iştirakı ilə Effektiv Ədalət Məhkəməsi üzrə Avropa Komissiyasının iclası keçirilib. İclasda işçi qrupunun təqdim etdiyi hesabat müzakirə edilərək qəbul olunub, Azərbaycanın təcrübəsi ilə digər ölkələr üçün müsbət nümunə kimi göstərilib.

İclasın gedişində Azərbaycanın məhkəmə sisteminin inkişafı prosesi, aparıcı xarici təcrübədən istifadə, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ümumilikdə böyük maraq doğurub və yüksək qiymətləndirilib. Toplantıda Azərbaycanın Avropa Şurasına üzv ölkələrin məhkəmə sistemlərinin fəaliyyətinin analizini əks etdirən “SEREJ”in hesabatlarını dövlət dilinə çevirən və dərc edən ilk ölkə olduğu xüsusi vurğulanıb.

Qeyd etmək lazımdır ki, Azərbaycanda hakimliyə namizədlərin seçimi prosedurası “Şərq Tərəfdaşlığı” ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsinə dair hesabatda da pozitiv nümunə olaraq göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR