Bank Of Baku

Nərgiz Paşayeva: “Ailə müzakirələri zamanı qərar verdik ki, Nəsir İmanquliyevin şəxsi mənzilini muzeyə çevirək”

Nərgiz Paşayeva: “Ailə müzakirələri zamanı qərar verdik ki, Nəsir İmanquliyevin şəxsi mənzilini muzeyə çevirək”
# 22 dekabr 2011 11:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu əməkdar jurnalist, professor Nəsir İmanquliyevin nəvəsi, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva deyib. Bu gün Bakı Dövlət Universitetində (BDU) Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən N. Paşayeva bildirib ki, muzey jurnalistlərin, bu peşəni seçənlərin evi olacaq. Muzeydə N. İmanquliyevin yaradıcılığını əks etdirən materiallar toplanacaq.
Tədbirdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli isə təklif edib ki, N. İmanquliyevin rəhbərlik etdiyi "Bakı" və "Baku" qəzetlərinin nəşri bərpa edilsin: “Bu təkliflə ölkə prezidentinə və Bakı şəhər merinə müraciət edəcəyik. İstəyirik ki, həmin qəzetlər gündəlik olaraq çap edilsin və yenidən Bakı şəhər sakinlərinin axşam qəzeti olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR