Bank Of Baku

Şamaxı Müalicə Diaqnostika Mərkəzində 30 nəfərin gözü əməliyyat olunub, 200 nəfər müayinə edilib

Şamaxı Müalicə Diaqnostika Mərkəzində 30 nəfərin gözü əməliyyat olunub, 200 nəfər müayinə edilib
# 22 dekabr 2011 13:54 (UTC +04:00)
Şamaxı, Elvin Yaqubov - APA. Şamaxı Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə tədbirində görmə qabiliyyətində problemlər olan vətəndaşların müayinəsi və müalicəsi həyata keçirilib. APA-nın məlumatına görə Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə dekabrın 21-22-də keçirilən xeyriyyə aksiyasında Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Göz mərkəzinin həkimləri Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Göyçay rayonlarından olan 200 nəfərin gözünü müayinə edərək dəqiq diaqnoz qoyublar. 30 xəstənin gözü əməliyyat olunub.

Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzinin rəhbəri Elşən İbrahimov APA-ya bildirib ki, son iki ildə Naxçıvan, Gəncə, Quba və Zaqatalada keçirilən analoji xeyriyyə tədbirləri zamanı yüzlərlə insanın gözü müayinə və müalicə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR