Bank Of Baku

"Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"ndə dəyişiklik edilib

"Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"ndə dəyişiklik edilib
# 22 dekabr 2011 14:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği "ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib. APA-nın qurumun saytına istinadən yaydığı xəbərə görə, dəyişikliyə əsasən, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən ediləcək.
Qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR