Bank Of Baku

Bakıda Azərbaycan və Serbiyanın əmək nazirlərinin görüşü keçirilib

Bakıda Azərbaycan və Serbiyanın əmək nazirlərinin görüşü keçirilib
# 22 dekabr 2011 14:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Serbiyanın əmək və sosial siyasət naziri Rasim Lyaviçi qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, F.Ələkbərov qonağı salamlayaraq bildirib ki, Cənubi Qafqaz iqtisadiyyatında 80%-lik paya malik olan Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da daim inkişaf edir: “Ölkədə iqtisadi tərəqqidən irəli gələn imkanlar ilk növbədə insan kapitalının inkişafına, sosial rifahın yüksəldilməsinə yönəldilir. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq son 8 il ərzində ölkədə yoxsulluq 49%-dən 9%-ə enib, 1 milyonadək yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi 5,6%-dək azalıb”.

R.Lyaviç Azərbaycan və Serbiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu deyib. O bildirib ki, indiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir çox sazişlər imzalanıb. Serbiya hökuməti Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün bütün səylər göstəriləcək.

Görüşdə nazirliklər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR