Bank Of Baku

Məleykə Abbaszadə: “Orta məktəb dərsliklərində buraxılan səhvləri ictimai müzakirəyə çıxarmaq lazımdır”

Məleykə Abbaszadə: “Orta məktəb dərsliklərində buraxılan səhvləri ictimai müzakirəyə çıxarmaq lazımdır”
# 23 dekabr 2011 09:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Orta məktəb dərsliklərində buraxılan səhvləri ictimai müzakirəyə çıxarmaq lazımdır. Çünki hər bir ailədə kimsə orta məktəbdə oxuyur. Bu hər bir ailəyə aid olan məsələdir”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, orta məktəb dərsliklərində səhvlərlə bağlı TQDK ilə Təhsil Nazirliyi arasında işgüzar müzakirələrə gəlincə, TQDK 2006-cı ildən başlayaraq 5 il ərzində orta məktəb dərsliklərindəki səhvlərlə bağlı qeyd və təkliflərini nazirliyə göndərib: “Biz onu qəbul edə bilmərik ki, hansısa səhvə görə kiminsə taleyinə zərbə vurulsun. Bu səhvlər TQDK tərəfindən ictimaiyyətə çatdırılır. Biz bunu daim diqqət mərkəzində saxlayırıq. Hər zaman mütəxəssislər arasında müzakirələr aparmağa hazırıq. TQDK-də hər həftə bütün fənlər üzrə seminarlar keçirir. Bu müzakirələrə nədənsə diqqət yetirilmir. Amma həmin məsələləri mən dilimə gətirəndə buna siyasi don geyindirməyə çalışırlar və qısqanclıqla yanaşılar. Mən söz deyəndə mütəxəssislərin araşdırmalarına əsasən danışıram. Məqsədimiz imtahanda hansıda abituriyentin taleyinin səhvlərə qurban getməməsinə nail olmaqdır. Ona görə də bu səhvlər ictimaiyyətin müzakirəsinə çıxarılıb və çıxarılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR