Bank Of Baku

“Tempus proqramının Azərbaycanda və milli layihələrdə rolu” mövzusunda tədbir keçirilib

“Tempus proqramının Azərbaycanda və milli layihələrdə rolu” mövzusunda tədbir keçirilib
# 23 dekabr 2011 09:19 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Azərbaycan Dillər Universitetində “Tempus proqramının Azərbaycanda və milli layihələrdə rolu” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin müdiri Tamilla Əliyeva bildirib ki, Azərbaycanda “Tempus” proqramının həyata keçirilməsinə 1995-ci ildən başlanılıb: “Son vaxtlar Qafqaz regionunda bu proqrama maraq artıb. Azərbaycanda ilk dəfə olaraq Dillər Universiteti bu proyekti idarə edəcək. 60-70 tələbə 2-3 il ərzində xaricdə təhsil alacaq. Hər bir tələbənin təhsil alması üçün 30 min avro ayrılıb”.

Azərbaycanda Milli Tempus Nümayəndəliyinin rəhbəri Pərviz Bağırov qeyd edib ki, “Tempus” Avropa Komissiyasının ən mühüm proqramlarından biri kimi Bolonya prosesinin əsas alətidir: “Bolonya bəyannaməsini imzalayan bir ölkə kimi Azərbaycan da bu proqramın həyata keçirilməsində maraqlıdır. Azərbaycanda proqramın həyata keçirilməsi üçün 10 milyon avro ayrılıb. Hər bir “Tempus” layihəsi 24-36 ay müddətində aparılır. “Tempus”un əsas problemi dil problemidir. Bu layihələr üçün ingilis dili vacibdir. Əsas məqsəd ali təhsili tərəfdaş ölkələrdə daha da təkmilləşdirməkdir. Milli layihələrdə tərəfdaş kimi bir ölkə iştirak edə bilər. Azərbaycanda dövlət tərəfindən tanınan universitetlər bu layihələrdə iştirak edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR