Bank Of Baku

Bakı sakini “Jalə”dən avtomobil uddu! - FOTOSESSİYA

Bakı sakini “Jalə”dən avtomobil uddu! - <font color=red>FOTOSESSİYA</font>
# 23 dekabr 2011 09:32 (UTC +04:00)
Bakı - APA-Economics. Gilan Qəbələ Konserv Zavodunun 2011-ci ilin noyabr ayından başlayan “Hədiyyə yağışı” uduş kampaniyası davam edir.
Zavoddan “APA-Economics”ə verilən xəbərə görə, kampaniya çərçivəsində 50 000-dən artıq mükafat oynanılır. Onların arasında oynanılan 5 “KİA Sportage” avtomobilindən 1-i artıq öz sahibini tapıb.
Bakı şəhər sakini Rəna Hüseynovaya avtomobilin açarı 21 dekabr 2011-ci il tarixində Əhmədli qəsəbəsində yerləşən “Bizim Market” alış-veriş mərkəzinin önündə şirkət rəsmiləri tərəfindən təntənəli surətdə təqdim edilmişdir. Xoşbəxt qalib televiziya kanallarına verdiyi müsahibədə “Jalə” şirələrini həmişə sevə-sevə alıb içdiyini, lakin belə bir hədiyyə qazanacağını ağlına belə gətirmədiyini vurğulayıb.
Sonda qeyd edək ki, 1 aprel 2012-ci ilədək davam edəcək kampaniyada iştirak etmək üçün istənilən 1 litrlik “Jalə”, “Zolotoy Sad” və ya “Natura” təbii şirəsini almaq kifayətdir. Bununla alıcı avtomatik olaraq “Hədiyyə Yağışı” kampaniyasının iştirakçısına çevrilir. Hər 1 litrlik şirəyə yalnız 1 skreç-kart verilir. Kampaniyada iştirakın nəticəsini və uduş faktını müəyyən etmək üçün skreç-kartın arxa hissəsindəki qoruyucu qatı silmək lazımdır. Qalib uduşu dərhal və ya ən yaxın uduşların verilməsi mərkəzində əldə edə bilər. Alıcı uduşlu skreç-kartı məsul şəxsə təqdim etməklə hədiyyəsini ala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR