Bank Of Baku

TQDK abituriyentlər üçün “elektron imza”nın qiymətinin aşağı salınması məqsədilə Nazirlər Kabinetinə müraciət edəcək

TQDK abituriyentlər üçün “elektron imza”nın qiymətinin aşağı salınması məqsədilə Nazirlər Kabinetinə müraciət edəcək
# 23 dekabr 2011 09:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlər üçün “elektron imza”nın qiymətinin aşağı salınması ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcək. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda TQDK elektron imzanın tətbiqi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparır: “TQDK-nın məsul əməkdaşlarının hamısının elektron imzası olacaq. Onlar müraciət edən vətəndaşların bütün suallarına cavab verərək öz elektron imzalarından istifadə edəcəklər”.

M. Abbaszadə qeyd edib ki, abituriyentlərin özləri haqqında məlumatları elektron imzaları ilə təsdiq etməsində müəyyən problemlər var: “Fiziki şəxslər üçün elektron imzanın qiyməti 30 manatdır, imtahanda iştirak etmək üçün dövlət rüsumu isə 2 manatdır. Elektron imza 3 illik müddətə verilir. Mən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və baş nazirə müraciət edəcəyəm ki, abituriyentlərə 3-4 aylıq, sənəd qəbulu başlayan və bitənə qədər müvəqqəti elektron imza verilsin. İstərdik ki, bu qiymət abituriyentlərin imtahanda ödədikləri rüsuma daxil edilsin və 3-5 manatdan baha olmasın”.

TQDK sədrinin sözlərinə görə, elektron imzanın məbləği 30 manat həddində qalsa, bu il TQDK qəbul imtahanlarında tam elektron imzadan istifadə etməyəcək: “Bizim təklifimizə müsbət cavab verilsə, 2012-2013-ci tədris ili üçün qəbul imtahanlarında tam şəkildə elektron imzadan istifadə edə biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR