Bank Of Baku

Məleykə Abbaszadə: “Mərkəzləşmiş buraxılış imtahanları ilə qəbul imtahanını birləşdirmək doğru deyil”

Məleykə Abbaszadə: “Mərkəzləşmiş buraxılış imtahanları ilə qəbul imtahanını birləşdirmək doğru deyil”
# 23 dekabr 2011 09:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Mərkəzləşmiş buraxılış imtahanları ilə qəbul imtahanını birləşdirmək, bir imtahanla həm attestat vermək, həm də ali məktəblərə qəbul etmək o zaman mümkün olardı ki, bu imtahanların məqsədləri eyni olsun. Amma mərkəzləşmiş buraxılış imtahanları ilə ali məktəblərə keçirilən qəbul imtahanlarının məqsədləri tamam fərqlidir”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, TQDK tərəfindən son 3 ildə mərkəzləşmiş buraxılış imtahanlarının nəticələri Təhsil Nazirliyinin icazəsi ilə rəsmi araşdırılıb: “Biz çox istəyərdik ki, mərkəzləşmiş buraxılış imtahanları elmi əsaslarla aparılsın və biz bu nəticələri qəbul edə bilək. 2009-cu ildə biz mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı araşdırmamızın nəticəsini Təhsil Nazirliyinə təqdim etdik. Orada açıq-aşkar görünürdü ki, mərkəzləşmiş imtahanların keçirilməsində böyük qüsurlar var. Eyni hal 2010-cu ildə də müşahidə olunub. 2011-ci ilin nəticələri isə hələ araşdırılmayıb, çünki həmin baza TQDK-ya verilməyib. Çox təəssüf ki, hələlik biz mərkəzləşmiş buraxılış imtahanının nəticələrini qəbul edə bilmərik. Bu imtahanların aparılmasında və emal olunmasında müəyyən qüsurlar var”.

M. Abbaszadə deyib ki, əgər bu qüsurlar olmasaydı I ixtisas qrupunda ana dili fənni çıxarıla və onun əvəzinə attestat qiyməti əsas götürülə bilərdi: “III ixtisas qrupunda da riyaziyyat fənni çıxarıla və əvəzində attestat qiyməti götürülə bilərdi. Təəssüf ki, indiki halda bu mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR