Bank Of Baku

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb
# 23 dekabr 2011 11:28 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. Onun sözlərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Humanitar və İctimai Elmlər Bölməsi üzrə 138 nəfərin doktoranturaya daxil olduğu elan edilib.

I vitse-prezident deyib ki, AMEA dekabrın 21-də AMEA-nın digər bölmələri üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb. Həmin nəticələrə əsasən, sözügedən bölmələr üzrə 119 nəfər doktoranturaya qəbul edilib. A. Həşimovun sözlərinə görə, bununla da Azərbaycanda bu il doktoranturaya keçirilən qəbul imtahanları başa çatmış saymaq olar: “Yalnız elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələri açıqlanmayıb. Bu nəticələr də yanvarın əvvəlinə kimi açıqlanacaq”.

Doktoranturada dərslər yanvarın 1-dən başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR