Bank Of Baku

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Samuxda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Samuxda vətəndaşları qəbul edib
# 23 dekabr 2011 11:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Samux rayonunda və nazirliyin həmin bölgədə yerləşən digər rayonlarındakı strukturlarının fəaliyyəti ilə bağlı Azərbaycan prezidentinə, həmçinin Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, müxtəlif instansiyalara, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, həmin vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv şəkildə araşdırılması zamanı ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımlarının, əlillik qruplarının təyinatı, eləcə də sosial müdafiə işinin digər sahələri ilə bağlı qanunvericilik barədə hələ də məlumatsız olmaları, bu səbəbdən yazdıqları şikayət ərizələrinin əsassız olduğu müəyyən edilib və qanunvericilikdən irəli gələn müvafiq qaydalar barədə həmin vətəndaşlara ətraflı izahatlar verilib.

Bununla yanaşı, bir sıra şikayət ərizələrində haqlı narazılıqların ifadə edildiyi və bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsi ilə bağlı olduğu müəyyən edilib. Vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı aidiyyəti yerli strukturların əməkdaşlarının fəaliyyətinin araşdırılması, vəzifə borcunu məsuliyyətsiz şəkildə yerinə yetirən əməkdaşlarla bağlı qanunauyğun tədbirlər görülməsi barədə tapşırıq verilib.

Qeyd edək ki, cari ilin ötən dövründə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Masallı və digər bölgələrdə olaraq, həmin bölgələr üzrə ümumilikdə 70-dən çox rayon üzrə, eyni zamanda nazirlikdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vətəndaşları qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR