Bank Of Baku

TQDK sədri: “Ali məktəblərə daxil olanlarla bitirənlər arasındakı fərq yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”

TQDK sədri: “Ali məktəblərə daxil olanlarla bitirənlər arasındakı fərq yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”
# 23 dekabr 2011 12:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ali məktəblərə daxil olanlarla bitirənlər arasındakı fərq yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Komissiya sədri deyib ki, TQDK-nın “Tələbə-məzun elektron bazası” artıq hazırdır: “Bununla bağlı ali məktəblər treninqlərdən keçirilib. Ali məktəblərin özləri bu fərqi sistemə daxil edirlər. Tələbə-məzun sisteminə daxil olmaqla bu fərqləri görmək mümkün olacaq”.

M. Abbaszadə, həmçinin deyib ki, TQDK ali məktəblərə hazırlıq məqsədilə sınaq imtahanlarının keçirilməsinə gələn ilin fevral ayında başlayacaq: “Biz çox istəyirik ki, sınaq imtahanlarının keçirilməsinə tez başlayaq. Müəyyən texniki səbəblər buna mane olur. “Elektron imza”nın qiyməti də bu texniki səbəblərdən biridir. İstəyirik ki, sınaq imtahanları tam şəkildə qəbul imtahanlarının modelinə uyğun keçirilsin. Bu prosesə “elekton imza”nı da daxil etməliyik. Bizdən asılı olmayan hüquqi problemlər həll olunandan sonra biz sınaq imtahanlarına başlaya biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR