Bank Of Baku

BDU-da professor Abuzər Xələfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibəti ilə tədbir keçirilib

BDU-da professor Abuzər Xələfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibəti ilə tədbir keçirilib
# 23 dekabr 2011 12:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Kitabxanaşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, A.Xəlilov Azərbaycanda milli kitabxanaçılıq məktəbinin yaradıcısı, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, elm, təhsil və mədəniyyət xadimidir.
Rektor qeyd edib ki, A. Xələfov uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb. Professor elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə şöhrət qazanıb: “Abuzər müəllim 50 ildən artıqdır ki, kitabxana işinin tarixi və nəzəriyyəsi problemləri ilə məşğul olur. Kitabxanaçılıq təhsilinin nəzəri və metodoloji məsələlərini hazırlayıb tətbiq edir və böyük bir kitabxanaçılar nəslinin yetişməsində xidmətləri var. Abuzər Xələfov bu xidmətlərinə görə, dövlət tərəfindən dəyərli qiymətini alıb”. A. Məhərrəmov qeyd edib ki, ömrünün böyük hissəsini bu universitetdə keçirən A.Xələfovun əmək kitabçasında yalnız bir iş yeri, Bakı Dövlət Universiteti yazılıb.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov və digər iştirakçılar da yubilyarın həyat və pedaqoji fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər və ona təbriklərin çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR