Bank Of Baku

Gəncənin Hacıkənd qəsəbəsinə mavi yanacaq verilib

Gəncənin Hacıkənd qəsəbəsinə mavi yanacaq verilib
# 23 dekabr 2011 12:43 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncənin Hacıkənd qəsəbəsinə ilk dəfə olaraq mavi yanacaq verilib. APA-nın Qərb bürosunun məlumatına görə, Kəpəz rayon inzibati ərazisinə daxil olan Hacıkənd qəsəbəsinə mavi yancağın verilməsi münasibəti ilə keçirilən tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edib. Tədbirdə qəsəbə sakinləri ilə görüşən Elmar Vəliyev onların problemləri ilə maraqlanıb. Görüşdə sakinlər və qəsəbədə müvəqqəti məskunlaşmış köçkünlər mövcud çətinliklərdən danışıblar. Elmar Vəliyev mövcud problemlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Hacıkənd qəsəbəsində 165 evdən 30-da sayğac quraşdırılıb və proses Gəncə şəhər Qaz İstismarı Sahəsi tərəfindən davam etdirilir. Ərazidəki evlərin mavi yanacaqla təminatı başa çatdıqdan sonra abonentlərə xidməti Göygöl rayon Qaz İstismar Sahəsi həyata keçirəcək.

Qeyd edək ki, qəsəbənin mavi yanacaqla təmin olunması üçün 1700 metr uzunluğunda kəmər çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR