Bank Of Baku

Azərbaycanın çaylarında və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb
# 23 dekabr 2011 13:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 45-80, Böyük Qafqazın çaylarında 105-220, Kiçik Qafqazın çaylarında 135-140, Naxçıvan Muxtar Respublikasının çaylarında isə normanın 85-90 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 130 kubmetr/saniyə, ongünlük normanın 89 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 78,0 kubmetr/saniyə olmaqla, ongünlük normanın 107 faizini təşkil edir. Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 572 sm, Şirvanda 467, Salyanda 421, Bankədə 312, Araz çayının Novruzlu məntəqəsində isə 269 santimetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR