Bank Of Baku

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
# 23 dekabr 2011 13:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 21-də oftalmologiya, mamalıq-ginekologiya və pediatriya ixtisası üzrə keçirilən imtahanlarda ümumilikdə 179 həkim iştirak edib. İştirakçılardan 10 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 177 nəfər uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları dekabrın 28-də plastik cərrahiyyə, gigiyena və şüa diaqnostikası ixtisasları üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR