Bank Of Baku

AMEA Naxçıvan bölməsində “Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabının təqdimatı keçirilib

AMEA Naxçıvan bölməsində “Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabının təqdimatı keçirilib
# 23 dekabr 2011 14:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Türkiyə Baş Nazirliyinin Dövlət Arxivləri müdiri Yüsif Sarınayın “Osmanlı arxiv sənədlərində Naxçıvan” adlı kitabının təqdimat mərasimi keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev bildirib ki, kitab Naxçıvanın 370 illik dövrünü əhatə edir. 568 səhifədən ibarət olan yeni nəşr bir çox mühüm arxiv sənədləri ilə Naxçıvanın 1554-1923-cü illərdəki tarixinə aydınlıq gətirir. Kitabda regionla bağlı 85 başlıqlı 157 arxiv sənədi öz əksini tapıb ki, bu sənədlərin də bir çoxu ermənilərin Naxçıvan ərazilərində təcavüz siyasətlərini təsdiq edən tarixi sənədlərdir: “Kitabda Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeridən, etnik təmizləmə aparan ermənilərin Naxçıvanda törətdikləri kütləvi qırğınlar, zorakılıqlar siyahı halında cədvəllərdə göstərilir. Bugünkü və gələcək nəsillər üçün əvəzsiz xidməti olan kitabda sənədlərin arxivdəki kataloq başlıqları və ərəb qrafikalı standart rus sənədləri, onların türkcə tərcüməsi və Osmanlı əlifbası ilə indeksləri də verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR