Bank Of Baku

Göygöl, Samux və Quba rayonlarında şəhid ailələrinə və əlillərə mənzillər verilib

Göygöl, Samux və Quba rayonlarında şəhid ailələrinə və əlillərə mənzillər verilib
# 23 dekabr 2011 15:09 (UTC +04:00)
Bakı. Sevil Zeynaıqızı - APA. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu gün Göygöl, Samux və Quba rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları istifadəyə verilib. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, bu gün, həmçinin Gəncə şəhərində 150 ədəd LİFAN markalı minik avtomobili müharibə əlillərinə təqdim edilib. Ümumilikdə, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə, 3244 nəfər müharibə əlili minik avtomobili ilə təmin olunub.
Nazirlikdən bildirilib ki, 2012-ci ildə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq. Yaxın günlərdə isə Şəki və Şəmkir rayonlarında əlil və şəhid ailələri üçün hər biri 36 mənzilli, gözdən əlillər üçün Bakının Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR