Bank Of Baku

Bu gün “İrəli” İctimai Birliyinin yaranmasının 3-cü ildönümü tamam olur

Bu gün “İrəli” İctimai Birliyinin yaranmasının 3-cü ildönümü tamam olur
# 24 dekabr 2011 09:36 (UTC +04:00)
APA-nın məlumatına görə, "İrəli" İctimai Birliyi 26 Avqust 2005-ci ildə yaradılmış "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlib. "İrəli" Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyunca sıralarında 6 mindən çox Azərbaycan gəncini toplayaraq ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olub. Qurumun təsisçiləri 9 Dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul edib və 2008-ci il dekabrın 24-də "İrəli" İctimai Birliyi təsis olunub.
"İrəli" İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulmuş və hal-hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyə yüksəlmiş təşkilatdır. Təşkilat İnsan kapitalına ardıcıl investisiyanı ən effektiv və davamlı inkişaf yolu kimi görür. Hal-hazırda 20 000 nəfərdən artıq gənc və 12 təşkilatı öz sıralarında birləşdirən “İrəli” İctimai Birliyi gənclər vasitəsilə cəmiyyətin inkişafına çalışır. Birliyin 2009 – 2010-cu illərdəki layihələrində 120 000 nəfərdən çox insan iştirak edib. “İrəli” İB-nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib, bundan başqa Avropanın 13 şəhərində təşkilatın əlaqələndiriciləri var. Təşkilatın tərkibində “İrəli Media”, “İrəli Radio”, “İrəli TV” kimi strukturlar fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR