Bank Of Baku

Qubada şəhid ailələri və müharibə əlilləri üçün tikilən binanın açılışı olub

Qubada şəhid ailələri və müharibə əlilləri üçün tikilən binanın açılışı olub
# 24 dekabr 2011 09:41 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Bu gün Quba rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün 4 mərtəbəli 36 mənzilli yeni yaşayış binası istifadəyə verilib. APA-nın şimal bürosunun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunmuş binanın açılış mərasimində nazir müavini Natiq Məmmədov, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov da iştirak ediblər. Tədbirdə çıxış edən nazir müavini Natiq Məmmədov son illər ölkədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Bildirilib ki, ümumilikdə, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə, 3244 nəfər müharibə əlili minik avtomobili ilə təmin olunub.
Qeyd olunub ki, 2012-ci ildə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq. Yaxın günlərdə isə Şəki və Şəmkir rayonlarında əlil və şəhid ailələri üçün hər biri 36 mənzilli, gözdən əlillər üçün Bakının Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanılacaq. Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra yeni mənzillərin orderləri sahiblərinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR