Bank Of Baku

Gələn il Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiya qurulacaq

Gələn il Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiya qurulacaq
# 24 dekabr 2011 10:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) qurumun əməkdaşları üçün seminar - treninq keçirilib. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çıxış edən RSXM-nin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2003-cü ildən başlayaraq ölkə ərazisində seysmik monitorinq sisteminin yenidən qurulması və seysmik araşdırmaların daha da təkmilləşdirilməsi məqsədi ilə ABŞ-ın “Kinemetrcs” şirkətindən alınmış telemetrik - peyk rabitə kanallı seysmik stansiyaların quraşdırılıb istifadəyə verilməsi prosesi davam edir.

Q. Yetirmişli deyib ki, 2011-ci ildə ölkədə üç yeni – “Qəbələ”, “Həzrə” , “Qobustan” telemetrik stansiyaları, həmçinin Naxçıvan MR-da da üç yeni - “Ordubad”, “Şahbuz” və “Heydərabad” telemetrik stansiyaları fəaliyyətə başlayıb. Mərkəz rəhbərinin sözlərinə görə, hazırda RSXM-in telemetrik seysmik stansiyalarının sayı 31-ə çatıb. Azərbaycanda seysmik stansiyalar şəbəkəsinin genişlənməsi prosesinin növbəti ildə də davam etdiriləcəyinin bildirən baş direktor 2012-ci ildə daha 4 telemetrik seysmik stansiyanın quruda, 3 dənizdibi stansiyanın isə Xəzər dənizinin Azərbaycan sektorunda qurulmasının nəzərdə tutulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR