Bank Of Baku

Qax rayonunun Əlibəyli kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Qax rayonunun Əlibəyli kəndinə ilk dəfə olaraq təbii qaz verilib
# 24 dekabr 2011 13:00 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Azərbaycanın Qax rayonunun daha bir yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti (İH) aparatından məlumat verilib. Məlumatda bildirilir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, əhalinin istilik enerjisinə olan tələbatını ödəmək üçün rayonda gürcülərin kompakt yaşadığı Əlibəyli kəndinə 5,5 kilometr uzunluğunda magistral, 30 kilometr isə kənd daxili qaz xətləri çəkilib. İlkin mərhələdə Əlibəyli kəndində 100 abonent təbii qazla təmin edilib. Növbəti mərhələdə isə daha 550 abonent təbii qazla təmin ediləcək.
Əlibəyli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə bu gün keçirilən açılış mərasimində Qax RİH-nin başçısı Musa Şəkiliyev, ARDNŞ-in “Azəriqaz” İstehsal Birliyinin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamandar Eyvazlı, müvafiq təşkilat nümayəndələri və Əlibəyli kənd sakinləri iştirak edib. Tədbirdə çıxış edən Qax RİH-nin başçısı M. Şəkiliyev Əlibəyli kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə kənd sakinlərini təbrik edib. Tədbirdə o da vurğulanıb ki, indiyə kimi rayonun yeddi kəndi təbii qazla təmin edilib. Hazırda rayonun daha bir kəndinə Almalı kəndi istiqamətində magistral və kənd daxili qaz xətlərinin çəkilişi gedir. Yaxın vaxtlarda bu kəndin sakinləri də təbii qazdan istifadə etməyə başlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR