Bank Of Baku

Gəncədə gənclərin iştirakı ilə “Dinlərarasi dialoq” mövzusunda tədbir keçiriləcək

Gəncədə gənclərin iştirakı ilə “Dinlərarasi dialoq” mövzusunda tədbir keçiriləcək
# 24 dekabr 2011 14:15 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gələn ay Gəncədə müxtəlif ölkələrdən olan gənclərin iştirakı ilə beynəlxalq tədbir keçiriəcək. Gəncə şəhər Gənclər və idman Baş İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, yanvar ayında keçiriləcək beynəlxalq tədbir dinlərarası dialoq mövzusunda olacaq. Tədbirə müxtəlif ölkələri təmsil edən 50-dək gəncin qatılması nəzərdə tutulur.

Qeyd edək ki, Gəncə şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən 2012-ci ildə Gəncədə bir neçə beynəlxalq tədbirin keçirilməsi nəzərədə tutulur. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən gənclər iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR