ETSN: “Azərbaycan ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi uğurla həyata keçirilir
Qeyd olunan fəaliyyətlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən layihənin rəsmi tərəfdaşları olan Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz ofisi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan Nümayəndəliyi ilə birlikdə həyata keçirilmiş, icra prosesində bilavasitə ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək lazımi göstərişlərini veriblər. Layihənin icrası üçün tələb olunan avadanlıqlar - ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınıb. Bu avadanlıqlardan istifadə edilərək ceyranların həyat təhlükəsizliyi təmin olunur və hərəkətlərinin nəzarəti həyata keçirilir. Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınıb.
Layihənin digər rəsmi tərəfdaşı isə “Heydər Əliyev Fondu”dur. Fondun nümayəndələrinin Layihə üzrə aparılan təbliğat işlərində iştirakı aksiyanın uğurlu nəticələri və insanların - yerli icmaların məsələyə daha məsuliyyətli yanaşması üçün əhəmiyyətli olub.
Layihənin başlanmasından keçən dövr ərzində potensial reintroduksiya ərazilərindən Ağgöl Milli Parkı ərazisinə 19, Qobustan-Cəngiçay ərazisinə 39, Acınohur-Sarıca düzü ərazisinə 40 baş ceyran buraxılıb. Müvafiq ərazilərdə ceyranların boyunlarına bağlanmış xüsusi xaltalarla onların hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar alınır. Ağgöl Milli Parkına buraxılmış ceyranlar ərazinin yem bazasına öyrəşmək üçün bir müddət Milli Park ərazisində yaradılmış süni volyerdə adaptasiya keçdikdən sonra vəhşi təbiətə buraxılmış və kiçik ceyran sürüsü əraziyə uyğunlaşaraq 2010-cu ilin may ayında balalayıb. 24 dekabr 2011-ci il tarixində aparılmış monitorinqin nəticəsinə əsasən ərazidə 21 baş ceyran müşahidə edilib.
Qobustan-Cəngiçay ərazisinə buraxılmış ceyranlar ilk vaxtlardan 2-3 qrupa bölünərək hərəkət ediblər. ETSN-nin mütəxəssisləri 24 dekabr 2011-ci il tarixində WWF-in Azərbaycan Nümayəndəliyinin üzvləri ilə birlikdə ərazidə apardıqları monitorinq zamanı Pirəkəşkül qəsəbəsinin cənub istiqamətində, o cümlədən Bakı-Şamaxı yolunun 47-ci və 50-ci kilometrliklərində müxtəlif ceyran qruplarına rast gəliblər.
Sahəsi təqribən 24 min hektaradək olan Acınohur–Sarıca düzünə buraxılmış ceyran sürüsü hazırda 50 min hektaradək ərazidə hərəkət edir. Son günlərin araşdırmalarına əsasən ərazidə reintroduksiya olunmuş fərdlərdən əlavə, 2011-ci ildə dünyaya gəlmiş 7-10 sayda ceyran balası da müşahidə edilib. Eyni zamanda ceyranların bir il ərzində Samux və Şəki rayonlarının ərazisində də hərəkəti qeydə alınıb.
Sosial
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Xəbər Lenti
Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq
FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb
Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
ABŞ İrana silsilə zərbələr endirməyə başlayıb
Rusiya Odessaya kaset başlıqlı ballistik raket zərbəsi endirib, yaralananlar var
ABŞ İrana qarşı neft sanksiyalarının yumşaldılmasını ləğv edib
Ukrayna və Estoniya pilotsuz sistemlər üzrə əməkdaşlıq sazişi imzalayıb
ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb
Gəncədə 22 yaşlı qızın meyiti tapılıb
Gəncədə 38 yaşlı kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb
Parisdə Mbappe ilə bağlı açıqlamaya görə cinayət işi başlanıb
Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib
Netanyahu: Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb
Tbilisi hava limanı leysan yağışları səbəbindən qismən işıqsız qalıb
DÇ-2026: Argentina millisi 1/4 final mərhələsinə yüksəlib
Çempionlar Liqası: “Sabah” Uelsin TNS komandasını məğlub edib
Bakının Şağan qəsəbəsində quru otluq sahədə yanğın söndürülüb - YENİLƏNİB
Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğulub
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA-ları məhv edib
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb
Bakı–Sumqayıt şosesində avtomobil yanıb, yolda sıxlıq yaranıb
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb
İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq
Rusiya Xarkovu idarəolunan aviasiya bombaları ilə vurub, ölən və yaralananlar var
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
Tramp: Ərdoğan da İranın nüvə silahına malik olmasını istəməz
Oğuzda buğda yüklü TIR yanıb - FOTO - VİDEO - YENİLƏNİB
AZAL Qars şəhərinə uçuşlara başlayır
Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində iştirak edə bilər
Ərdoğan: Liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar qəbul ediləcəyinə inanıram
Dövlət Komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılışında iştirak edib