Bank Of Baku

Gürcüstanda “İlham Əliyev və Gürcüstan” adlı film çəkilib

Gürcüstanda “İlham Əliyev və Gürcüstan” adlı film çəkilib
# 24 dekabr 2011 15:35 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda Azərbaycan prezidenti İlham Əliyevin anadan olmasının 50 illiyinə həsr olunan “İlham Əliyev və Gürcüstan” adlı film çəkilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə filmin rejissoru Tengiz Txilava bildirib. Onun sözlərinə görə, filmi gürcü rejissorları Georgi Toradze və Tengiz Txilava çəkib. Filmin ssenari və ideya müəllifi Az.TV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğludur. Bu gün “İlham Əliyev və Gürcüstan” filmi Rustavi-2 və “Pirveli Arxi” (İctimai televiziya) telekanallarında göstərilib. Həmin film eyni zamanda azərbaycanlıların kompakt yaşadığı Marneuli ərazisində yayımlanan “Marneuli TV”də nümayiş olunub. Filmdə Gürcüstan prezidenti Mixail Saakaşvili, parlament sədri David Bakradze, baş nazir Nika Gilauri, Tiflis şəhər meri Qiqi Uqulava, dövlət başçısının anası Giuli Alasaniya, Gürcüstanın birinci xanımı Sandra Rudolfs Azərbaycan prezidentinin ad günü münasibəti ilə təbriklərini bildiriblər.

Filmin rejissoru Tengiz Txilava APA-ya açıqlamasında indiyədək Azərbaycana həsr olunan bir neçə film çəkdiklərini bildirib: ““Heydər Əliyev və Gürcüstan”, “Dostluğun etalonu”, “Dənizdən-dənizə”, “İrsiyyət Fondu” filmlər bu qəbildəndir. Sevinirəm ki, bu filmləri biz çəkmişik. Fikrimcə, belə məzmunlu filmlər Azərbaycan və Gürcüstanın tarixi dostluğunun daha da dərinləşməsinə və möhkəmləndirilməsinə xidmət edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR