Bank Of Baku

Respublika Auditorlar Palatası Lənkəranda məskunlaşmış məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb - FOTO

Respublika Auditorlar Palatası Lənkəranda məskunlaşmış məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb - <font color=red>FOTO </font>
# 24 dekabr 2011 16:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Respublika Auditorlar Palatası tərəfindən Lənkəran rayonunda məskunlaşmış 70-ə yaxın məcburi köçkün və qaçqın ailəsinə ərzaq bağlamaları paylanıb. APA-nın cənub bürosunun məlumatına görə, bağlamalarda un, toyuq əti, yağ, bitki yağı, çay, şəkər, düyü və digər məhsullar olub. Məcburi köçkün və qaçqınları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən Palatanın sədri Vahid Novruzov doğma yurd-yuvalarından didərgin düşmüş bu insanların problemlərinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, onlara dövlət tərəfindən daim qayğı göstərildiyini bildirib. Qaçqınlar adından Fizuli rayonundan olan məcburi köçkün Minurə Əliyeva göstərilən qayğıya görə, ölkə başçısı İlham Əliyevə, həmçinin Respublika Auditorlar Palatasının rəhbərliyinə minnətdarlığını çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR