Bank Of Baku

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
# 26 dekabr 2011 08:59 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 6-9 dərəcə, axşam 4-6 dərəcə isti olacaq.

Dekabrın 27-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.

Dekabrın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Dekabrın 28-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR