Bank Of Baku

Ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında ləngimələrlə bağlı yerlərdə araşdırmalar aparılacaq

Ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında ləngimələrlə bağlı yerlərdə araşdırmalar aparılacaq
# 26 dekabr 2011 09:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımların (ÜSY) əhaliyə çatdırılmasında ləngimələrlə bağlı yerlərdə araşdırmalar aparacaq.

“APA_Economics”in xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu gün nazirlikdə bir qrup vətəndaşla keçirdiyi görüşdə bildirib.

Nazir İmişli rayonundan olan şikayətçinin iki aydır ÜSY-ni ala bilməməsi ilə bağlı müraciətinə cavab olaraq deyib ki, əgər bu yardımlar təyin olunubsa, əhali hər ay vaxtlı-vaxtında bu yardımları almalıdır. O, nazirliyin müvafiq qurum rəhbərlərinə bununla bağlı tapşırıq verib.

“Belə ləngimələr əhalidə təəssürat yaradır ki, yardımları mənimsənilir. Buna səbəb maliyyələşdirmənin vaxtlı-vaxtında həyata keçirilməməsidir. Biz rayonlarda ilin yekunları ilə bağlı araşdırma aparacağıq. Bu məsələnin tam qabarıq şəkildə özünü göstərdiyi rayonlarda Sosial Müdafiə mərkəzlərinin rəhbərləri çox ciddi şəkildə cəzalandırılacaq” - deyə nazir qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR