Bank Of Baku

Səttar Mehbalıyev: “Məcburi köçkünlərin məskunlaşdığı müalicə müəssisələrinin boşaldılması prosesi hələ tam həyata keçirilməyib”

Səttar Mehbalıyev: “Məcburi köçkünlərin məskunlaşdığı müalicə müəssisələrinin boşaldılması prosesi hələ tam həyata keçirilməyib”
# 26 dekabr 2011 10:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində olan sanatoriyalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi məsələsi gündəmdən çıxmayıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev verib. O deyib ki, məcburi köçkünlərin məskunlaşdığı müalicə müəssisələrinin boşaldılması prosesi hələ tam həyata keçirilməyib: “Bütün bunlara baxmayaraq, qurumun nəzdində olan “Bilgəh”, “Günəşli”, “Abşeron” sanatoriyalarında təmir-bərpa işləri yekunlaşıb. “Qaranquş” sanatoriyasında isə 60 nəfərlik yeni korpus tikilib”.

Bu prosesin davam etdiriləcəyini söyləyən S. Mehbalıyev bildirib ki, həmkarlar ittifaqının vəsaiti hesabına Buzovna qəsəbəsində 80 nəfərlik yeni bir istirahət mərkəzi alınıb: “Bu istirahət mərkəzi vaxtilə fiziki şəxsə məxsus olub. Artıq həmin müəssisə alınıb və işçilərin istifadəsinə veriləcək. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərəcək 280 nəfərlik müasir tipli istirahət mərkəzinin də inşası başlayıb. Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən bu istirahət mərkəzində elektrik və qaz xətlərinin çəkilişi prosesi gedir. Yəqin ki, gələn il bu istirahət müəssisəsi təhsil işçilərinin istifadəsinə veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR