Bank Of Baku

Səttar Mehbalıyev: “Həmkarlar təşkilatlarının fəaliyyətindən xəbərsiz olanlar maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər yayırlar”

Səttar Mehbalıyev: “Həmkarlar təşkilatlarının fəaliyyətindən xəbərsiz olanlar maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər yayırlar”
# 26 dekabr 2011 10:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bəzən həmkarlar təşkilatlarının fəaliyyətindən xəbərsiz olanlar bizim quruma daxil olan maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər danışmaqla yanaşı, mətbuat orqanlarında da məqalələr yazırlar”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

S. Mehbalıyev bildirib ki, vəsaitin 90 faizi yerli həmkarlar təşkilatlarında qalmaqla, onların büdcəsini formalaşdırır, qalan 10 faizi isə - 4 milyon manata yaxını konfederasiyanın büdcəsinə daxil olur. O qeyd edib ki, həmin 90 faizdən 20 faizi rayon komitələrinin, 20-25 faizi sahə həmkarlar ittifaqlarının büdcəsinə köçürülür. Yerdə qalan məbləğin 55-60-i isə birbaşa aşağı həmkarlar komitələrinin sərəncamında qalır və həmin vəsait təsdiq edilən smeta əsasında sərf olunur.

S. Mehbalıyevin sözlərinə görə, AHİK maliyyə vəsaitlərinin lazımı və səmərəli şəkildə xərclənməsini şəffaf şəkildə həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR