Bank Of Baku

Ali məktəb tələbələri arasında təşkil olunan futzal yarışının və “Nə? Harada? Nə vaxt?” intellektual oyununun qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

Ali məktəb tələbələri arasında təşkil olunan futzal yarışının və “Nə? Harada? Nə vaxt?” intellektual oyununun qalibləri mükafatlandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 26 dekabr 2011 10:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ali məktəb tələbələri arasında təşkil olunan futzal yarışının və “Nə? Harada? Nə vaxt?” intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev ölkədə gənclərə göstərilən qayğıdan danışıb. S. Mehbalıyev Gənclər və İdman Nazirliyinin tərkibində yaradılacaq Gənclər Fondunun əhəmiyyətini də yüksək qiymətləndirib. O qeyd edib ki, intizamlı, təhsil aldığı ali təhsil müəssisəsində fərqlənən tələbələrin bir qisminin təhsil haqqının 30 faizi AHİK tərəfindən ödəniləcək.

Tədbirdə bildirilib ki, artıq 10 ildir keçirilən futzal yarının builki qalibləri Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti olub. “Nə? Harada? Nə vaxt?” intellektual oyununda isə Bakı Dövlət Universitetinin komandası qalib adını qazanıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ikinci və üçüncü yeri tutub.

Toplantının sonunda S. Mehbalıyev qalib komandaları təbrik edərək, onlara diplom və mükafatlar təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR