Bank Of Baku

Ağstafa rayon Statistika İdarəsinin yeni binası istifadəyə verilib

Ağstafa rayon Statistika İdarəsinin yeni binası istifadəyə verilib
# 26 dekabr 2011 11:12 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov-APA. Ağstafa rayon Statistika İdarəsinin yeni binası istifadəyə verilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, binanın açılışında Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev iştirak ediblər.
Yeni istifadəyə verilmiş ikimərtəbəli, on otaqlı binanın ümumi sahəsi 380 kvadratmetrdir. Binanın birinci mərtəbəsində “Dövlətçilik” guşəsi, “Müstəqilliyimiz tarixi nailiyyətimizdir” kitab sərgisi, ikinci mərtəbəsində “Müstəqil Azərbaycan-20” fotosərgisi və “Statistik nəşrlər” kitab sərgisi təşkil olunub.

Qeyd edək ki, Ağstafa rayon Statistika İdarəsinin yeni binası “Tərəqqi-T” MMC tərəfindən inşa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR