Bank Of Baku

Azərbaycanda “özünədəstək” proqramına vergi güzəştləri tətbiq edilə bilər

Azərbaycanda “özünədəstək” proqramına vergi güzəştləri tətbiq edilə bilər
# 26 dekabr 2011 11:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Gələn il Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edəcək “özünədəstək” proqramından yararlanacaq əhali üçün vergi güzəştləri tətbiq edilə bilər. “APA-Economics”in məlumatına görə, məlumatına görə, bu barədə jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “özünədəstək” proqramları üzrə seçilən pilot rayonlarda nailiyyətlər əldə edilib: “Biz monitorinqlərimiz zamanı öyrəndik ki, bölgələrdə elə vətəndaşlar var ki, ev təsərrüfatlarının bir qədər gücləndirilməsi hesabına ailə vəziyyətlərini yoxsulluqdan çıxara bilərlər. Bunun üçün “özünədəstək” proqramlarında ailələrə verilən ünvanlı dövlət sosial yardımı aybaay yox, birdəfəlik olaraq verilir və vətəndaşlar öz məşğulluqlarını təmin edə bilirlər”.

E.Kələntərli deyib ki, “özünədəstək” proqramına cəlb edilən ailələr kənd təsərrüfatı, xalçaçılıq, dulusçuluq , digər peşə sahələri ilə məşğul ola, kiçik bizneslərini qura bilərlər: “Bu məqsədlə xüsusiləşdirilmiş layihələr həyata keçiriləcək, onların vergi ödəmələrində də hansısa güzəştlər olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR