Bank Of Baku

“Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının üç dildə təqdimatı keçirilib – FOTO

“Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının üç dildə təqdimatı keçirilib – <font color=red>FOTO </font>
# 26 dekabr 2011 15:48 (UTC +04:00)
Bakı-APA. Bu gün Odlar Yurdu Universitetində millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və təşkilatçılığı ilə üç dildə hazırlanan “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimi açan universitetin rektoru, millət vəkili Əhməd Vəliyev “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və Azərbaycan, Türkiyə türkcəsi və ingilis dillərində yayımlanan saytın qurulmasını alqışladığını, belə önəmli bir saytın məhz Universitetdə, tələbə-gənclərin iştirakı ilə təqdimatının çox anlamlı hadisə olduğunu qeyd edib.
Millət vəkili Qənirə Paşayeva “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının Azərbaycan həqiqətlərinin, tarix boyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla həmsərhəd olan digər bölgələrində də (Qazax rayonunda) törətdikləri işğalçılıq və soyqırımı siyasəti barədə daha geniş bilgi təqdim etmək məqsədi ilə hazırlandığını deyib. Millət vəkili qeyd edib ki, saytın hazırlanmasında onun “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə ortaq hazırladıqları və dörd dildə nəşr olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bu soyqırımı üzrə materialları əsas baza rolunu oynayıb.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Kəmalə Paşayeva 1990-cı il martın 23-dən 24-ə keçən gecə erməni silahlılarının Sovet ordusuna məxsus hərbi texnikadan, modern silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum edərək, mülki əhalini insanlığa sığmayan işgəncələrlə qətlə yetirməsi barədə faktlardan, bu faktların dünya ictimaiyyətinə çatdırılmasının bir milli borc olmasından bəhs ediblər.
Universitet rektoru bu ali təhsil ocağının gələcəkdə də belə tədbirlərə, bu qəbildən layihələrə dəstək verməyə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR