Bank Of Baku

Azərbaycan prezidenti əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb
# 26 dekabr 2011 16:54 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, aylıq sosial müavinətlərin məbləği 2011-ci il dekabrın 1-dən artırılaraq aşağıdakı kimi müəyyən edilib:

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 45 manat;

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 40 manat;

Bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət:

- şəhid uşaqlarına - 15 manat;
- müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına - 10 manat.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR