Bank Of Baku

Lənkəranda bayram yarmarkası keçirilib - FOTOSESSİYA

Lənkəranda bayram yarmarkası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 27 dekabr 2011 11:41 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran şəhərinin dəmiryol vağzalyanı meydanında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan və səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına müvafiq olaraq 200 tondan artıq məhsul çıxarılıb.

Bayram yarmarkasında Bakı şəhərindən və respublikasının ayrı-ayrı rayonlarından 20 şirkət iştirak edib. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətinin bazar qiymətindən 20-30% aşağı olması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR