Bank Of Baku

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına yeni rektor təyin olunub

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına yeni rektor təyin olunub
# 27 dekabr 2011 12:04 (UTC +04:00)
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Yeni rektor biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Kazım oğlu Ələkbərovdur. Akademiyanın rektorluğundan APA-ya verilən məlumata görə, bu gün Akademiyanın Böyük Elmi Şurasında yeni rektorun təqdimatı keçirilib. Yeni rektoru Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.
U. Ələkbərov 1943-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. O, çapdan çıxan 310-dan çox elmi əsərin müəllifidir, 20-dək müəlliflik şəhadətnaməsi və patenti var. “Genofondun itmə ehtimalının proqnozlaşdırılması və qarşısının alınması”, “Ekoloji təhlükəsizliyi təmin edən yeni kompleks sistem”, “Sağlamlıq və ətraf mühitin keyfiyyətini qiymətləndirmək, həmçinin onu idarə etmək üçün yeni sistem”, "Beyin axını" əvəzinə "Gen axını" termin və anlayışı” kimi konsepsiyaların müəllifidir.
U. Ələkbərov Azərbaycan LKGİ mükafatı laureatıdır, "Əməkdə fərqlənməyə görə" medalının və "Şərəf nişanı" ordenləri ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR