Bank Of Baku

AMEA Geologiya İnstitutunun bir aspirantı Yaponiyada seysmologiya sahəsi üzrə magistratura təhsili alır – FOTO

AMEA Geologiya İnstitutunun bir aspirantı Yaponiyada seysmologiya sahəsi üzrə magistratura təhsili alır – <font color=red>FOTO </font>
# 27 dekabr 2011 12:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun aspirantı Rafiq Səfərov Yaponiyada seysmologiya sahəsi üzrə magistratura təhsili alır. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti ilin sentyabrına qədər davam edəcək dərslər “Seysmologiya, zəlzələ mühəndisliyi və fəlakətlərin idarə edilməsi siyasəti” mövzusu altında Siyasi Tədqiqatlar üzrə Milli İnstitut və Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutunda keçilir.
Layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə təşkil olunub. Kursda dünyanın 14 ölkəsindən 23 gənc alim və mühəndis iştirak edir. Təmsil olunan ölkələrin sırasında Azərbaycandan əlavə, Banqladeş, Çin, Haiti, İndoneziya, Pakistan, Makedoniya və digər ölkələr var. İnstitutun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov qeyd edib ki, zəlzələlərlə əlaqəli elmin öyrənilməsində gənclərin beynəlxalq təcrübəyə yiyələnməsi Geologiya İnstitutunun əsas prinsiplərindəndir. İndiyəcən institutdan bir neçə gənc alim elmin qeyd olunan sahəsində təcrübələrini artırmaq üçün xarici ölkələrə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR