Bank Of Baku

Bakı Dövlət Universitetində “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Dövlət Universitetində “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 27 dekabr 2011 12:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Dövlət Universitetində “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə bu il 135 qalib müəyyənləşdirilib.

BDU-nun rektoru Abel Məhərrəmov universitet tələbələri arasında tədris uğurlarına, aktiv ictimai fəaliyyətinə və liderlik keyfiyyətlərinə görə fərqlənən qalibləri təbrik edib. A. Məhərrəmov deyib ki, “İlin ən yaxşı tələbəsi” adını alan tələbələrin bu mükafatı gələcəkdə onların magistraturaya və aspiranturaya daxil olduqları zaman nəzərə alınacaq.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov isə bildirib ki, müsabiqə hər il universitetdə tələbələrin elmə, təhsilə maraqlarını daha da artırmaq, aktiv ictimai fəaliyyəti ilə fərqlənən tələbələri stimullaşdırmaq məqsədilə keçirilir.

Tədbirin sonunda qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR