Bank Of Baku

Ombudsman cənub bölgəsinə səfər edib

Ombudsman cənub bölgəsinə səfər edib
# 30 dekabr 2011 16:31 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Təhsil Nazirliyi ilə birlikdə orta ümumtəhsil məktəblərində uşaq hüquqları tədrisinin həyata keçirilməsi işini davam etdirir. Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, bu günlərdə sənub bölgəsinə səfəri zamanı müvəkkil uşaq hüquqları üzrə pilləli tədris layihəsində iştirak etmiş Cəlilabad və Biləsuvar məktəblərində olub.

E. Süleymanova Zərifə Əliyeva adına 7 saylı Cəlilabad şəhər orta məktəbi və Biləsuvar rayonundakı 4 saylı orta məktəbin kollektivinə təsisatda hazırlanmış “Uşaq hüquqları hamı üçün” adlı kitabı və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitini, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin 10 illik fəaliyyətinə həsr edilmiş kitabı və digər hüquqi nəşrləri təqdim edib. Ombudsman adı çəkilən məktəblərdə şagirdlər üçün yaradılmış şəraitlə, elektron kitabxana, kompüter otaqları ilə tanış olaraq tövsiyələr verib.

Səfərin yekununda müvəkkil Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsinə baş çəkib, onun valideynləri və yaxınları ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR