Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Van zəlzələsinin qurbanları üçün keçirilən yardım kampaniyasında toplanan vəsaitin məbləğini açıqlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Van zəlzələsinin qurbanları üçün keçirilən yardım kampaniyasında toplanan vəsaitin məbləğini açıqlayıb
# 30 dekabr 2011 16:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Türkiyənin Van bölgəsində cari ilin oktyabr ayında baş vermiş zəlzələnin qurbanları üçün Cəmiyyətin elan etdiyi yardım kampaniyasında toplanan vəsaitin məbləğini açıqlayıb. APA-nın AzQAC-ın saytına istinadən verdiyi məlumata görə, ümumilikdə dekabrın 26-dək davam edən kampaniyada 114 fiziki və hüquqi şəxs iştirak edib. Kampaniya çərçivəsində ümumilikdə 30252,44 ABŞ dolları vəsait toplanıb. Bu vəsaitdən 28301,44 dolları Türkiyə Qızıl Aypara Cəmiyyətinin bank hesabına köçürülüb.

Kampaniyaya qoşulanlar arasında ictimaiyyət nümayəndələri, ayrı-ayrı fiziki və hüquqi şəxslərlə yanaşı Milli Məclisin deputatları da olub. Açılan bank hesablarına deputatlardan Novruz Aslanov 1010, Eldar İbrahimov, Eldar Quliyev, Tahir Süleymanov, Mahir Aslanov, Arif Əşrəfov hər biri Türkiyədə zərərçəkənlərə yardım kampaniyasına 253,8 dollar (200 manat) köçürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR