Bank Of Baku

Azərbaycanın şimal rayonlarında hava kəskin soyuyub

Azərbaycanın şimal rayonlarında hava kəskin soyuyub
# 03 yanvar 2012 08:23 (UTC +04:00)
Bölgədə havanın temperaturu birdən-birə 7-8 dərəcə düşüb. Hazırda havanın temperaturu mənfi 13 dərəcə təşkil edir.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Quba və Qusar rayonlarının dağ ətəyi ərazilərinə 14 sm-ə yaxın qar yağıb. Bəzi dağ kəndlərinə gedən yollar buz bağlayıb.

Hidrometeoroloqlar bu cür hava şəraitinin yanvar ayının 5-dək davam edəcəyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR