Bank Of Baku

Azərbaycanda yağmursuz hava şəraiti müşahidə olunacaq

Azərbaycanda yağmursuz hava şəraiti müşahidə olunacaq
# 03 yanvar 2012 13:16 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova məlumat verib. O bildirib ki, hazırda Azərbaycanın əksər bölgələrində qar yağır. Qar örtüyünün hündürlüyü Rıvarudda (Lerik) 39 sm, Daşkəsəndə 10 sm, Altıağacda 10 sm, Göygöldə 8 sm, Gədəbəydə 2 sm, Şamaxıda 5 sm təşkil edir.

Hazırda Qəbələ-İsmayıllı, Balakən-Şəki, Yuxarı Qarabağ, Daşkəsən, Lənkəran-Astara zonasında qarlı hava şəraiti müşahidə edilir. Bakının müəyyən hisslərində də yağıntılı hava şəraiti müşahidə olunur. Hətta bəzi yerlərdə sulu qar yağıb.

G. Məmmədova qeyd edib ki, yanvarın 4-də gündüz saatlarında qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Hava şəraiti ölkə ərazisində dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Paytaxtda sabah gündüz saatlarından başlayaraq dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR