Bank Of Baku

Yaxın günlərdə Azərbaycan paytaxtında yağmursuz hava şəraiti proqnozlaşdırılır

Yaxın günlərdə Azərbaycan paytaxtında yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 04 yanvar 2012 09:32 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecə və səhər zəif duman olacaq, axşam buludluluğun artacağı gözlənilir.Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Yanvarın 6-da gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 6-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 5-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Yanvarın 6--də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19 dərəcə şaxta olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR